Ana Sayfa > Karusel / Dünya > Baş Qərargah rəisi: Rusiya ABŞ-nin eskalasiyasına cavab verəcək
Baş Qərargah rəisi: Rusiya ABŞ-nin eskalasiyasına cavab verəcəkBu gün, 15:39. Yazar: Admin |
Rusiya Federasiyası təhlükəsizlik təhdidlərinin qiymətləndirilməsi əsasında ABŞ-nin eskalasiyasına cavab verəcək. Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib. O, ABŞ-nin eskalasiyasına cavab olaraq "Oreşnik"in sınağının həyata keçirildiyini xatırladıb. Gerasimov 30-dan çox ölkənin Ukraynaya hərbi məhsullar tədarük etdiyini açıqlayıb. O, bu ölkələrdən əsaslarının ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Danimarka olduğunu söyləyib. "Ukraynaya ümumi xarici maliyyə yardımı 350 milyard dollardan çox təşkil edib ki, bunun da 170 milyard dolları hərbi ehtiyaclar üçün olub. 165 mindən çox ukraynalı hərbçi NATO standartları üzrə təlim keçib", - deyə RF Baş Qərargah rəisi vurğulayıb. Geri dön |