Ana Sayfa > Karusel / Dünya > Rusiya ordusunun Baş Qərargah rəisi: Silahlanmaya nəzarət mövzusu keçmişdə qalıb
Rusiya ordusunun Baş Qərargah rəisi: Silahlanmaya nəzarət mövzusu keçmişdə qalıb18-12-2024, 14:50. Yazar: Admin |
“Dünyada silahlanmaya nəzarət mövzusu keçmişdə qalıb”. Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov deyib. O həmçinin Qərbin ikili standartları səbəbindən ölkələr arasında etimadın minimal səviyyədə belə bərpasının mümkünsüzlüyünü qeyd edib: “Etimad olmadan silahlanmaya nəzarət üzrə işlək mexanizminin yaradılması mümkün deyil”. Qeyd edək ki, 1987-ci ildə ABŞ və Rusiya arasında “Orta və Yaxınmənzilli Raketlərin ləğvi haqqında” müqavilə imzalanıb. İki ölkə arasındakı fikir ayrılıqları səbəbindən Rusiya 2019-cu il iyulun 3-də, ABŞ isə elə həmin il avqustun 2-də bu sənəddən çıxdıqlarını bəyan edib. Rəsmi Vaşinqton bu qərarını daha müasir silah növlərinin, eləcə də yeni çağırışlara cavab verən hava hücumundan müdafiə sistemlərinin yaradılması istəyi ilə əsaslandırıb. Geri dön |