Ana Sayfa > Karusel / Dünya > Tramp: Kanadalılar ölkənin ABŞ-nin 51-ci ştatı olmasını istəyir

Tramp: Kanadalılar ölkənin ABŞ-nin 51-ci ştatı olmasını istəyir


Bu gün, 14:22. Yazar: Admin

Donald Tramp

 

“Kanada ölkəmizin 51-ci ştatı olsaydı vətəndaşlar həm vergilərə, həm də müdafiə məsələlərinə ayrılan vəsaitə xeyli qənaət etmiş olardı”.

Qarabaginfo.az xəbər verir ki, bunu yanvarın 20-də ABŞ-nin prezidenti vəzifəsinin icrasına başlayacaq Donald Tramp “Truth” sosial şəbəkəsindəki hesabında yazıb.

O qeyd edib ki, kanadalıların bir çoxu məhz bunu istəyir.

D. Tramp eyni zamanda ABŞ-nin bu ölkəyə subsidiya ayırmasının qəribə olduğunu qeyd edib:

“Kim Kanadaya ildə 100 milyon dollardan çox vəsait ayırmağımızın səbəbini izah edə bilər? Bu mənasızdır! Əksər kanadalılar bu ölkənin 51-ci ştatımız olmasını arzulayır”.


Geri dön