Ana Sayfa > Karusel / Dünya > Rəsmi Moskva “Həyat Təhrir əş-Şam”ın terrorçu təşkilatlar siyahısından çıxarılmasına münasibət bildirib
Rəsmi Moskva “Həyat Təhrir əş-Şam”ın terrorçu təşkilatlar siyahısından çıxarılmasına münasibət bildiribBu gün, 14:13. Yazar: Admin |
Rəsmi Moskva Suriyada Bəşər Əsəd hakimiyyətini devirən “Həyat Təhrir əş-Şam”ın terrorçu təşkilatlar siyahısından çıxarılmasının mümkünlüyünə münasibət bildirib. Qarabaginfo.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bununla bağlı sualı cavablandırıb. O bildirib ki, Rusiya “Həyat Təhrir əş-Şam”ın terror təşkilatları siyahısından çıxarılmasının mümkünlüyü ilə bağlı konkret işlərin qiymətləndirilməsindən çıxış edəcək. “Biz konkret hadisələrin, konkret halların qiymətləndirilməsindən çıxış edəcəyik. Təbii ki, qanunvericiliyimiz və beynəlxalq hüquq normaları əsasında...”, - Rusiya XİN sözçüsü vurğulayıb. Geri dön |