Ana Sayfa > Karusel / Region > Rəsmi Moskva politoloq Andranik Miqranyanın Ermənistana girişinin qadağan edilməsini qeyri-dost addım adlandırıb

Rəsmi Moskva politoloq Andranik Miqranyanın Ermənistana girişinin qadağan edilməsini qeyri-dost addım adlandırıb


Bu gün, 13:06. Yazar: Admin

Bakupost.az - Mariya Zaxarova: "İrəvan Qərbin təzyiqi fəaliyyətini dondurub"

Biz Andranik Miqranyanın Ermənistana girişinə qadağa qoyulmasını müttəfiqlik öhdəliklərinə zidd olan qeyri-dost addım kimi qiymətləndiririk.

Qarabaginfo.az xəbər verir ku, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya XİN dərhal məsələni aydınlaşdırmaq üçün diplomatik kanallarla İrəvana müraciət edib.

Zaxarova qeyd edib ki, Moskva əvvəllər dəfələrlə rəsmi İrəvanı hansısa səbəblərə görə respublikanın hakimiyyət orqanlarını qane etməyən Rusiya vətəndaşlarının ölkəyə buraxılmaması kimi çirkin təcrübəyə son qoymağa çağırıb

Rusiya XİN sözçüsü istehza ilə bildirib ki, Ermənistan hakimiyyəti demokratiya və fikir plüralizminə sadiqliklərini bəyan edir:
"Lakin bu sual ilk növbədə Ermənistan hakimiyyətinə ünvanlanmalıdır", deyə Zaxarova vurğulayıb.


Geri dön