Ana Sayfa > Karusel / İqtisadiyyat > Dənizlə bu il daşınan yüklərin 48%-dən çoxu neftin payına düşüb
Dənizlə bu il daşınan yüklərin 48%-dən çoxu neftin payına düşübDünən, 15:34. Yazar: Admin |
Azərbaycanda dəniz nəqliyyatı ilə 2024-cü ilin yanvar-noyabr aylarında daşınmış yüklərin həcmi 7 932,5 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6 faiz azalıb.
Dövlət Statistika Komitəsindən Qarabaginfo.az-a verilən məlumata görə, hesabat dövründə dəniz nəqliyyatı ilə daşınan yüklərin 48,6%-i neft yükləri təşkil edib. Məlumata görə, hesabat dövründə dəniz limanları tərəfindən 12 921,3 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 10 377,0 min tonunu və ya 80,3%-i tranzit yüklər təşkil edib. 2024-cü il dekabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 591,3 min ton olub. “Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 19,3 faiz artaraq 26 min nəfər olub”, - məlumatda qeyd olunur. Geri dön |