Ana Sayfa > Karusel / İqtisadiyyat > Şahin Bağırov: Gömrük dəyərinin hesablanması beynəlxalq praktikaya əsaslanır

Şahin Bağırov: Gömrük dəyərinin hesablanması beynəlxalq praktikaya əsaslanır


Dünən, 13:39. Yazar: Admin

İnspektor kimi başlamışdı, sədr oldu — Şahin Bağırov kimdir?

Gömrük dəyərinin müəyyən edilməsi gömrük işi sahəsində ən önəmli məsələlərdəndir.

Qarabaginfo.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bu gün keçirilən “Gömrük-Biznes Forumu 2024: Dialoq” tədbirində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, gömrük ödənişlərinin hesablanması üçün gömrük dəyəri formalaşmalıdır:

"Bu dəyər vahid metodiki hesablama əsasında həyata keçirilir. Hesablanan rəqəmlər beynəlxalq praktikaya əsaslanır. Bunun nəticəsində sahibkarlar ödənişləri dövlət büdcəsinə məmnuniyyətlə ödəyir. Bu proseslərdə əsas rolu sahibkarlar oynayır. Toplanan vergilər hər birimizin həyat səviyyəsinə təsir edir. Belə ki, büdcə vəsaitləri müxtəlif pensiyaların ödənilməsi, quruculuq işlərinə, infrasutruktur layihələrin icrasına yönəldilir".


Geri dön