Ana Sayfa > Karusel / Dünya > “Moskva və Pekin böyük dəyişikliklər fonunda bir-birini dəstəkləyəcək”- ÇİN XİN

“Moskva və Pekin böyük dəyişikliklər fonunda bir-birini dəstəkləyəcək”- ÇİN XİN


17-12-2024, 11:03. Yazar: Admin

Çin və Rusiya arasında yetkin və sabit münasibətlər var.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ bildirib.

Nazirin sözlərinə görə, Çin lideri Si Cinpin və Rusiya prezidenti Vladimir Putinin görüşləri iki dövlət arasında əməkdaşlığın dərinləşməsinə töhfə verir.

“Çin-Rusiya münasibətləri dövlət başçılarının strateji idarəetməsinə uyğundur, onlar daha yetkin və sabit olur, möhkəmlik nümayiş etdirirlər”, – XİN başçısı bildirib.

Çinli nazir əlavə edib ki, Çin və Rusiya arasında əməkdaşlıq bloklara qoşulmamaq və qarşıdurma yaratmamaq prinsiplərinə əsaslanır. O qeyd edib ki, Moskva və Pekin dünyada baş verən böyük dəyişikliklər fonunda bir-birini dəstəkləyəcək.


Geri dön