Ana Sayfa > Karusel / Siyasət > Məhkəmə-Hüquq Şurasının hüquqları artırılıb, Apellyasiya Şurası yaradacaq
Məhkəmə-Hüquq Şurasının hüquqları artırılıb, Apellyasiya Şurası yaradacaq16-12-2024, 17:45. Yazar: Admin |
Məhkəmə-Hüquq Şurasının hüquqları artırılır. Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklikdə əksini tapıb. - vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydalarını müəyyən etmək; - Hakimlərin Qiymətləndirilməsi Komitəsi haqqında Əsasnaməni təsdiq etmək və Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdırmaq; - İlk dəfə 3 il müddətinə təyin olunan hakimlərin müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisələrində təlimə cəlb edilməsi qaydalarını müəyyən etmək; - məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən verilən şikayətlərə baxılması üçün Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasını yaratmaq. Məhkəmə-Hüquq Şurasının vəzifələri sırasına isə Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının Əsasnaməsini təsdiq etmək daxil olunub. Geri dön |