Ana Sayfa > Karusel / İqtisadiyyat > ADY qadınların səlahiyyət və iş imkanlarının genişləndirilməsi üzrə tədbirlər görür
ADY qadınların səlahiyyət və iş imkanlarının genişləndirilməsi üzrə tədbirlər görür16-12-2024, 17:44. Yazar: Admin |
Ötən həftə Dünya Bankının təşkilatçılığı ilə Bakıda keçirilmiş Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) proqramı çərçivəsində "2023-2024-cü illərdə əmək bazarında daha yaxşı nəticələr əldə etmələri üçün qadın kapitalının artırılması" adlı Məsləhət və Analitika (AMA) proqramı yekunlaşıb. "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) Qarabaginfo.az-a verilən məlumata görə, yekun tədbirdə çıxış edən ADY-nin Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova dəmir yollarında qadınların səlahiyyət və iş imkanlarının genişləndirilməsi üzrə görülən tədbirlər barədə məlumat verib. Qeyd edək ki, ADY-nin də iştirakı ilə qadınların məşğulluq və liderlik imkanlarının artırılması və dəstəklənməsinə dair praktiki tövsiyələr vermək məqsədilə proqramın "Azərbaycanda qadınların məşğulluğu qarşısındakı maneələrin aradan qaldırılması" adlı hesabatı hazırlanıb. Geri dön |