Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > Ömer Çelik: Arzumuz Türkiyənin Suriyada qalmaq məcburiyyətinin aradan qalxmasıdır
Ömer Çelik: Arzumuz Türkiyənin Suriyada qalmaq məcburiyyətinin aradan qalxmasıdır16-12-2024, 17:43. Yazar: Admin |
Suriyada Türkiyə səfirliyinin 12 il fasilədən sonra yenidən fəaliyyətə başlaması Ankaranın Suriya xalqı və dövlətinə dəstəyinin davam edəcəyini göstərir. Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı bildirib. Çelik Türkiyənin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini də vurğulayıb. AK Partiya sözçüsü onu da əlavə edib ki, Türk Silahlı Qüvvələri, Milli Kəşfiyyat Təşkilatı və polis dəstələri Suriyada fəaliyyətlərini davam etdirir: “Bizim arzumuz Suriyada qalmaq məcburiyyətimizin aradan qalxması, terror təşkilatlarının zərərsizləşdirilməsi və “Suriya suriyalılarındır” şüarının həm milli suverenlik, həm də ərazi bütövlük baxımından gərçəkdən həyata keçirilməsidir”. Geri dön |