Ana Sayfa > Karusel / Siyasət / Dünya > İsrail gələn il Moldovada səfirlik açacaq
İsrail gələn il Moldovada səfirlik açacaq16-12-2024, 17:41. Yazar: Admin |
İsrail 2025-ci ildə Moldovanın paytaxtı Kişinyovda səfirliyini açacaq. Qarabaginfo.az xəbər verir ki, bu barədə Moldovanın xarici işlər naziri Mixail Popşoy”X” platformasındakı paylaşımında bildirib. “İsrailin Kişinyovda səfirlik açmaq qərarını alqışlayırıq. Bu Moldova İsrail münasibətlərində, siyasi dialoqun, iqtisadi əlaqələrin və icmalarımıza dəstəyin artırılmasında mühüm addımdır. Səfirliyin 2025-ci ildə açılması planlaşdırılır”-deyə o, paylaşımında qeyd edib. Geri dön |