Ana Sayfa > Karusel / İqtisadiyyat > Bu ilin ötən dövründə 57 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib
Bu ilin ötən dövründə 57 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib16-12-2024, 17:40. Yazar: Admin |
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2024-cü ilin 11 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 200 min manatdan çox sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib". Qarabaginfo.az xəbər verir ki, bu barədə Apa-nın sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib. Bildirilib ki, xidmətin gördüyü tədbirlər nəticəsində müvafiq işəgötürənlər tərəfindən həmin vəsaitin işçilərə ödənilməsi təmin olunub: “Ödənilən vəsaitin 172 min manatdan çoxu əməkhaqları, qalan hissəsi zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub”. “Bundan əlavə, cari ilin yanvar-noyabr aylarında 57 işçi ilə əmək müqavilələrinə qanunsuz xitam verildiyi də müəyyən olunub. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən tədbirlərlə həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib”, - deyə məlumatda bildirilib. Geri dön |