Ana Sayfa > Karusel / Region > Azərbaycandan Gürcüstana yatırılan investisiyaların həcmi 90%-ə yaxın artıb
Azərbaycandan Gürcüstana yatırılan investisiyaların həcmi 90%-ə yaxın artıb16-12-2024, 17:37. Yazar: Admin |
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana yatırılan birbaşa investisiyaların həcmi 95 milyon 750 min ABŞ dolları təşkil edib. Qarabaginfo.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 88.8% və ya 45 milyon ABŞ dolları artıb. Belə ki, 2023-cü ilin müvafiq dövründə Azərbaycandan Gürcüstana yönəldilmiş birbaşa investisiyaların həcmi 50 milyon 710 min ABŞ dolları təşkil edib. Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici iqtisadiyyata yatırılan birbaşa investisiyaların həcmi 1 milyard 380.6 milyon ABŞ dolları təşkil edib. Geri dön |