Ana Sayfa > Karusel / Dünya > Cənubi Koreyanın devrilmiş prezidenti dekabrın 18-də dindiriləcək

Cənubi Koreyanın devrilmiş prezidenti dekabrın 18-də dindiriləcək


16-12-2024, 08:10. Yazar: Admin

Cənubi Koreya prezidenti Yun Sok Yöl

 

Cənubi Koreyada xüsusi müstəntiqlər qrupu səlahiyyətlərindən kənarlaşdırılmış prezidenti Yun Sok Yölü dekabrın 18-də dindirməyə çağırmağı planlaşdırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Xatırladaq ki, ekabrın 14-də parlament hərbi vəziyyətin tətbiqi ilə əlaqədar Yun Sok Yölə qarşı impiçment elan edib. Proses onun səlahiyyətlərinin dayandırılması ilə nəticələnib.

İndi Konstitusiya Məhkəməsi impiçmentin təsdiqlənməsi və ya Yun Sok Yölün vəzifəsinə qayıtması barədə qərar verməlidir.


Geri dön