Ana Sayfa > Karusel / Region > Zurabişvili Gürcüstandakı seçkilərin nəticələri ilə bağlı ilk açıqlamasını verib

Zurabişvili Gürcüstandakı seçkilərin nəticələri ilə bağlı ilk açıqlamasını verib


14-12-2024, 21:19. Yazar: Admin

Zurabişvili Gürcüstandakı seçkilərin nəticələri ilə bağlı ilk açıqlamasını verib

Dekabrın 14-də Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili ölkədə keçirilən seçkilərdən danışaraq, heç kimin heç kimi seçmədiyini deyib.

Qarabaginfo.az xəbər verir ki, Zurabişvilinin sözlərini Mtavari telekanalı yayıb.

“Heç kim heç kimi seçməyib. Heç nə baş verməyib”, - deyə prezident bildirib. O, vətəndaşları və ölkənin gələcəyini sona qədər müdafiə edəcəyini deyib.

Qeyd edək ki, Gürcüstanın “Gürcü arzusu” partiyasından prezidentliyə namizəd Mixail Kavelaşvili prezident seçkilərində tələb olunan 200 səsi toplayıb.

Bundan əvvəl də Zurabişvili səlahiyyət müddətinin başa çatdığı 29 dekabr tarixindən sonra prezident sarayını tərk etməyəcəyini açıqlamışdı.


Geri dön