Ana Sayfa > Karusel / Dünya > Tusk Varşavada yolları bağlayan ekofəalları cəzalandırmaqla hədələyib

Tusk Varşavada yolları bağlayan ekofəalları cəzalandırmaqla hədələyib


13-12-2024, 20:57. Yazar: Admin

Polşanın Baş naziri Donald Tusk

 

Polşanın Baş naziri Donald Tusk dekabrın 13-də Varşavada yolları bağlayaraq böyük aksiya keçirməyi planlaşdıran “Son Nəsil” (Ostatnie Pokolenie) təşkilatının ətraf mühit fəallarını cinayət təqibi ilə hədələyib.

Qarabaginfo.az xəbər verir ki, Tusk bu barədə “X” hesabında yazıb.

“Yanğınsöndürən vasitələrdən istifadə edərək axmaq hücumlar təşkil etmək və ya abidələrə eyni dərəcədə axmaqca boya yaxmaq cinayət məsuliyyətinə cəlb edilmək üçün əsasdır və bunun qanunun tələbləri daxilində qarşısı alınacaq. Yolların bağlanması, Avropa İnsan Haqları Məhkəməsinə görə, digər vətəndaşların hüquqlarını pozur və cinayət kimi qiymətləndirilə bilər. Bilməyə dəyər”, - Tusk qeyd edib.


Geri dön