Ana Sayfa > Karusel / Təhsil > Qusarda təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri və qazilərlə görüş keçirilib

Qusarda təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri və qazilərlə görüş keçirilib


13-12-2024, 17:32. Yazar: Admin

Qusarda təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri və qazilərlə görüş keçirilib

Bu gün Qusar rayonunda səfərdə olan elm və təhsil nazirinin müavini Firudin Qurbanov rayonda yerləşən təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri və qazilərlə görüşüb.

Bu barədə Qarabaginfo.az-a Elm vəTəhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Nazir müavini Firudin Qurbanov çıxışında torpaqlarımızın işğaldan azad edilməsində təhsil işçilərinin rolunun danılmaz olduğunu vurğulayıb. Firudin Qurbanov Vətən müharibəsində 760 təhsil işçisinin düşmənə qarşı vuruşduğunu, onlardan 20 nəfərin şəhidlik zirvəsinə ucaldığını xatırladıb.

Nazir müavini bildirib ki, Vətən müharibəsi iştirakçıları, eləcə də müharibədə iştirak etmiş təhsil işçiləri hər zaman dövlətin, həmçinin Elm və Təhsil Nazirliyinin xüsusi diqqət və qayğısı ilə əhatə olunub.

Çıxışının sonunda görüş iştirakçılarının hər birinə uğurlar arzulayan Firudin Qurbanov Elm və Təhsil Nazirliyinin hər zaman onların təklif və müraciətlərini dinləməyə hazır olduğunu qeyd edib.

Görüşdə iştirak edən təhsil işçiləri onlara göstərilən diqqət və qayğıya görə təşəkkür edərək fikirlərini bölüşüblər. Daha sonra elm və təhsil nazirinin müavini Firudin Qurbanov Qusar şəhəri Tofiq İsmayılov аdına 6 nömrəli tam orta məktəbdə olub. Məktəbdə mövcud şəraitlə tanış olan nazir müavini tədris prosesini izləyib, şagird və müəllimlərlə söhbət aparıb, onların təkliflərini dinləyib.

Təhsil müəssisəsinin fəaliyyət göstərdiyi müddət ərzində əldə edilən nailiyyətlər, tədris metodları barədə məlumat verən direktor Kəmalə Sadıxova qeyd edib ki, hazırda təhsil ocağında 1122 şagird təhsil alır və 84 nəfərdən ibarət pedaqoji heyət fəaliyyət göstərir. Bildirilib ki, təhsil müəssisəsində yaradılmış icmaəsaslı məktəbəqədər təhsil qrupunda 24 uşaq təhsilə cəlb edilib.

Məktəbin kitabxanasına da baxış keçirən nazir müavini Firudin Qurbanov kitabxananın şagirdlərin oxu tələblərinə uyğun olaraq yenidən təşkil edilməsi ilə bağlı göstəriş verib.Qusarda təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri və qazilərlə görüş keçirilibQusarda təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri və qazilərlə görüş keçirilibQusarda təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri və qazilərlə görüş keçirilibQusarda təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri və qazilərlə görüş keçirilibQusarda təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri və qazilərlə görüş keçirilibQusarda təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri və qazilərlə görüş keçirilibQusarda təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri və qazilərlə görüş keçirilibQusarda təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri və qazilərlə görüş keçirilibQusarda təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri və qazilərlə görüş keçirilibQusarda təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri və qazilərlə görüş keçirilibQusarda təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri və qazilərlə görüş keçirilib


Geri dön