Ana Sayfa > Karusel / Kriminal > MN-in hərbi hissələrində maliyyə xidmətinin rəisi olmuş şəxsin məhkəməsi başlayıb
MN-in hərbi hissələrində maliyyə xidmətinin rəisi olmuş şəxsin məhkəməsi başlayıb12-12-2024, 17:03. Yazar: Admin |
Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidmətinin rəisi vəzifəsində işləmiş Elvin Cəfərovun cinayət işi üzrə məhkəmə başlayıb. Qarabaginfo.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə cinayət işi üzrə hazırlıq iclası keçirilib. Qeyd edək ki, Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətinin rəisi vəzifəsində işləmiş Elvin Cəfərova Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan olunub. Geri dön |