Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rusiya MN: Ukrayna ATACAMS raketəri ilə Taqanroqu vurub
Ana Sayfa > Karusel / Region > Rusiya MN: Ukrayna ATACAMS raketəri ilə Taqanroqu vurub

Rusiya MN: Ukrayna ATACAMS raketəri ilə Taqanroqu vurub


11-12-2024, 20:31. Yazar: Admin

Rusiya MN: Ukrayna ATACAMS raketəri ilə Taqanroqu vurub

Dekabrın 11-də səhər saatlarında Taqanroqa hücum altı ATACMS raketi ilə həyata keçirilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin hədəfi hərbi aerodrom olub.

Qeyd olunub ki, iki raket Pantsir hava hücumundan müdafiə sisteminin döyüş heyəti tərəfindən vurulub, qalanları elektron mübarizə vasitələri ilə zərərsizləşdirilib.

Raket fraqmentlərinin düşməsi nəticəsində şəxsi heyət arasında yaralananlar olub.

Aerodromun texniki ərazisində iki bina və üç ədəd hərbi maşın, habelə aerodromun yaxınlığındakı dayanacaqda mülki avtomobillər zərər görüb. Müdafiə Nazirliyi hücuma cavab olaraq “müvafiq tədbirlər” görəcəyini vəd edib.


Geri dön