Ana Sayfa > Karusel / Region > Paşinyanın partiyasından olan deputat mandatından imtina edib

Paşinyanın partiyasından olan deputat mandatından imtina edib


Dünən, 17:46. Yazar: Admin

David Aruşanyan

 

Ermənistan Parlamentinin hakim “Mülki Müqavilə” fraksiyasından olan deputatı David Aruşanyan mandatından imtina edib.

Qarabaginfo.az “Sputnik-Armenia”ya istinadən məlumatına görə, xəbəri qanunverici orqanın sədrinin mətbuat xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, 2021-2022-ci illərdə Gümri icmasının sədr müavini olmuş D.Aruşanyanın rəhbər postuna real namizədliyi nəzərdən keçirilir. Bu barədə o, özünün “Facebook” hesabında da yazıb.

 


Geri dön