Ana Sayfa > Karusel / Dünya > Rusiya XİN: İŞİD-in Suriyada yenidən baş qaldıracağı real təhlükə var

Rusiya XİN: İŞİD-in Suriyada yenidən baş qaldıracağı real təhlükə var


11-12-2024, 15:57. Yazar: Admin

Rusiya XİN: İŞİD-in Suriyada yenidən baş qaldıracağı real təhlükə var

İŞİD qruplaşmasının Suriyada yenidən baş qaldırması real təhlükəsi mövcddur.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, Suriyada İŞİD kimi hərəkatların yenidən baş qaldıracağı real təhlükə var.

"İŞİD və bu cür birliklərin yaranmasından əvvəlki bütün strukturların yenidən başlarını qaldırması təhlükəsi var. Bu, narahatedici məqamdır. Mən istəməzdim ki, ölkə qeyri-sabitlik mənbəyinə, terror təhdidləri mənbəyinə çevrilsin. Heyət Təhrir əş-Şamın, eləcə də digərlərinin beynəlxalq səviyyədə tanınan və ya ayrı-ayrı ölkələr tərəfindən tanınan statusu, əlbəttə ki, hamıya məlum mövzudur. Görünür, bu, bu və ya digər şəkildə həll edilməli olacaq”, - deyə Ryabkov əlavə edib.


Geri dön