Ana Sayfa > Karusel / Sosial > Novruzda 1 həftə iş olmayacaq
Novruzda 1 həftə iş olmayacaq11-12-2024, 12:37. Yazar: Admin |
Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədov gələn ilin bayram günləri ilə bağlı Qərar imzalayıb. Qarabaginfo.az xəbər verir ki, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib. Gələn il 22 və 23 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 25 və 26 mart tarixləri qeyri-iş günü olacaq. Beləliklə, 2025-ci ilin Novruz bayramında ardıcıl 7 gün - 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixlərində iş olmayacaq. Martın 27-si isə bayramdan sonra ilk iş günüdür.
Geri dön |