Ana Sayfa > Karusel / İnfrastruktur > NİİM: Bir sıra yollarda yeni piyada svetoforları quraşdırılıb

NİİM: Bir sıra yollarda yeni piyada svetoforları quraşdırılıb


11-12-2024, 10:30. Yazar: Admin

NİİM: Bir sıra yollarda yeni piyada svetoforları quraşdırılıb

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması istiqamətində işləri davam etdirir.

Bu barədə Qarabaginfo.az-a mərkəzdən bildirilib.

Qeyd olunub ki, bu məqsədlə Mərkəz tərəfindən Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində, metronun “8 Noyabr” stansiyasının yaxınlığında yeni piyada svetoforları quraşdırılıb: "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yola piyada zolağı çəkilib. Bununla da yoldan istifadə edən piyadaların rahat gediş-gəlişi təmin olunub".


Geri dön