Ana Sayfa > Karusel / Dünya > Netanyahu məhkəmədə ifadə verib
Netanyahu məhkəmədə ifadə verib11-12-2024, 08:16. Yazar: Admin |
İsrailin baş naziri Benyamin Netanyahu korrupsiya işində ittiham olunduğu Tel-Əviv məhkəməsində ifadə verib. Qarabaginfo.az xəbər verir ki, siyasətçi ittihamları “absurd okean” adlandıraraq hər hansı bir günahın mövcudluğunu rədd edib. “Mən səkkiz ildir ki, həqiqəti söyləmək üçün bu anı gözləyirəm. Ancaq mən həm də baş nazirəm. Yeddi cəbhədə müharibə aparan ölkəyə rəhbərlik edirəm və düşünürəm ki, bu iki şey paralel olaraq həyata keçirilə bilər”, - Netanyahu “Reuters“ agentliyinə müsahibəsi zamanı bildirib İlk prosesdə Netanyahu dörd saat ərzində sualları cavablandırıb. O, növbəti gün ifadə verməyə davam edəcək. 75 yaşlı Netanyahu cinayət ittihamı ilə üzləşən ilk İsrail baş naziridir. Geri dön |