Ana Sayfa > Karusel / Dünya > Suriyada keçid dövrünün 41 yaşlı baş naziri kimdir...
Suriyada keçid dövrünün 41 yaşlı baş naziri kimdir...10-12-2024, 15:16. Yazar: Admin |
Suriyada keçid dövrü üçün baş nazir təyin edilib. Qrabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, mühəndislik və hüquq sahəsində təcrübəsi ilə tanınan Məhəmməd əl-Bəşir Suriyada keçid prosesinə rəhbərlik edəcək hökumətə başçılıq edəcək. 1983-cü ildə Suriyanın İdlib şəhərində anadan olmuş Məhəmməd əl-Bəşir 2007-ci ildə Hələb Universitetinin Elektrik mühəndisliyi fakültəsini bitirib. 2011-ci ildə Suriya Qaz Şirkətində menecer kimi işə başlayıb. İdlib Universitetində şəriət və hüquq üzrə bakalavr dərəcəsinə yiyələnən əl-Bəşir həm də dövlət idarəçiliyi üzrə də təhsil alıb. Geri dön |