Ana Sayfa > Karusel / Siyasət > Aİ Gürcüstana qarşı əlavə tədbirləri nəzərdən keçirəcək
Aİ Gürcüstana qarşı əlavə tədbirləri nəzərdən keçirəcək10-12-2024, 15:10. Yazar: Admin |
Avropa İttifaqı dekabrın 16-da keçiriləcək Xarici İşlər Nazirləri Şurasının iclasında Gürcüstana qarşı əlavə tədbirləri nəzərdən keçirəcək. Qarabaginfo.az xəbər verir ki, bu barədə Aİ-nin saytında dərc edilmiş bəyanatda bildirilib. Qeyd olunub ki, 2 həftədir davam edən etirazlar zamanı Gürcüstan vətəndaşı polisin qanunsuz və qəddar müdaxiləsi ilə üzləşib, 400-dən çox şəxs saxlanılıb, 300-dən çoxu zorakılığa və pis rəftara məruz qalıb.
Geri dön |