Ana Sayfa > Karusel / Qarabağ > Qarabağ və Şərqi Zəngəzurda elektron su xəritəsinin hazırlanması üçün 170-dən artıq məntəqədə yoxlama aparılıb

Qarabağ və Şərqi Zəngəzurda elektron su xəritəsinin hazırlanması üçün 170-dən artıq məntəqədə yoxlama aparılıb


10-12-2024, 15:08. Yazar: Admin

Qarabağ və Şərqi Zəngəzurda elektron su xəritəsinin hazırlanması üçün 170-dən artıq məntəqədə yoxlama aparılıb

"Yeraltı və yerüstü su mənbələrinin əsas göstəricilərinin qiymətləndirilməsi, məlumat bazasının və elektron su xəritəsinin hazırlanması məqsədilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində yeraltı su yataqlarının istismar ehtiyatlarının yenidən qiymətləndirilməsi üzrə 170-dən artıq məntəqədə yoxlama təftiş işləri yerinə yetirilib".

Qarabaginfo.az xəbər verir ki, bunu ETSN-in şöbə müdiri Kənan Kərimli ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

O bildirib ki, işğaldan azad olunmuş ərazilərin interaktiv su xəritəsinin, o cümlədən çayların, avtomat hidroloji stansiyaların, göllərin, yeraltı su yataqlarının hidroqrafiya şəbəkəsinin vektorlaşdırılması və SHP faylının yaradılması işləri yerinə yetirilib.


Geri dön