Ana Sayfa > Karusel / Dünya > Türkiyə İsrailin Suriya ərazisinə daxil olmasını qınayır

Türkiyə İsrailin Suriya ərazisinə daxil olmasını qınayır


10-12-2024, 15:06. Yazar: Admin

Türkiyə İsrailin Suriya ərazisinə daxil olmasını qınayır

Türkiyə İsrailin Suriya ərazisinə daxil olmasını şiddətlə qınayır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir:

“İsrailin 1974-cü ildə imzalanmış Silahlı Qoşunların Çıxarılması Müqaviləsini pozaraq İsrail və Suriya arasındakı ayırma zonasına daxil olmasını və Suriya ərazisində irəliləməsini şiddətlə qınayırıq”.

Qeyd olunub ki, “Suriya xalqının uzun illərdir həsrətində olduğu sülh və sabitliyə nail olmaq imkanının ortaya çıxdığı bu həssas dövrdə İsrail yenidən işğalçı zehniyyətini nümayiş etdirir”.

“Biz Suriyanın suverenliyinə, siyasi birliyinə və ərazi bütövlüyünə dəstəyimizi qətiyyətlə təkrar edirik”, - bəyanatda vurğulanıb.


Geri dön