Ana Sayfa > Karusel / Region > Gəncə ətrafındakı səslərlə bağlı - Rəsmi açıqlama

Gəncə ətrafındakı səslərlə bağlı - Rəsmi açıqlama


9-12-2024, 20:21. Yazar: Admin

gence-etrafindaki-seslerle-bagli

Gəncə şəhəri ətrafında güclü partlayış səslərinin eşidilməsi ilə bağlı məlumatlar yayılıb. İddialarda təcili tibbi yardım maşınlarının intensiv hərəkətinin müşahidə olunduğu da qeyd edilib. 

Müdafiə Nazirliyindən Qarabaginfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, cari ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunlarının bölmələri ilə Seyfəli poliqonunda döyüş atışlı taktiki təlim keçirilir.

“Təlim zamanı eşidilən partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - açıqlamada vurğulanıb.


Geri dön