Ana Sayfa > Karusel / Gündəm > Statistika Şurasının tərkibi dəyişib
Statistika Şurasının tərkibi dəyişib9-12-2024, 20:15. Yazar: Admin |
Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının tərkibinə dəyişiklik edilib. Qarabaginfo.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. Aşağıdakı şəxslər Statistika Şurasının üzvlüyündən çıxarılıb: - Rəhimli Elşən Moqif oğlu – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsi rəisinin müavini - Əhmədov Əzizağa Nəriman oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin Gömrük Statistikası İdarəsinin rəisi - Tağıyev Çingiz Həsən oğlu – Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Zəhmətkeşlərin əməyinin və sosial-iqtisadi mənafelərinin müdafiəsi şöbəsinin müdiri - Yaqubov Sakit Məmədi oğlu – Azərbaycan Dövlət İqtisad Universitetinin Elm üzrə prorektoru. Aşağıdakı şəxslər Statistika Şurasının yeni üzvləri olub: - Hüseynov Elşən Arif oğlu – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsi rəisinin müavini - Vəliyev Rəşid Valeh oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Statistika İdarəsi rəisinin müavini - Quliyev Cəmaləddin Əlibala oğlu – Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri - Əhmədov Natiq Qarakişi oğlu – Azərbaycan Dövlət İqtisad Universitetinin Riyaziyyat və statistika kafedrasının müdiri. Geri dön |