Ana Sayfa > Karusel / Dünya > Aİ Ukraynaya 4,2 milyard avroluq yardımı təsdiqləyib

Aİ Ukraynaya 4,2 milyard avroluq yardımı təsdiqləyib


9-12-2024, 16:29. Yazar: Admin

Avropa İttifaqı Şurası Ukraynaya 4,2 milyard avro dəyərində makromaliyyə yardımının ikinci tranşının ödənilməsini təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

“Aİ Şurası makromaliyyə sabitliyinə və Ukrayna dövlət qurumlarının fəaliyyətinə dəstək proqramı çərçivəsində ikinci ödənişi təsdiqlədikdən sonra Ukrayna tezliklə 4,2 milyard avro alacaq”, – məlumatda deyilir.


Geri dön