Ana Sayfa > Karusel / Kriminal > Plastik cərrahlara saxta yolla sertifikat verilməsi ilə bağlı araşdırma aparılır

Plastik cərrahlara saxta yolla sertifikat verilməsi ilə bağlı araşdırma aparılır


9-12-2024, 15:59. Yazar: Admin

Plastik cərrahlara saxta yolla sertifikat verilməsi ilə bağlı araşdırma aparılır

Səhiyyə Nazirliyi plastik cərrahların rüşvət qarşılığında ixtisaslarının dəyişdirilməsi və onlara sertifikatların verilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Səhiyyə Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı Nazirlik hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparır.

“Sonda istintaq orqanı tərəfindən aparılan araşdırmaların nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”, - Nazirlikdən bildirilib

Qeyd edək ki, rüşvət qarşılığında ixtisasların dəyişdirilməsi və saxta sertifikatların verilməsində Səhiyyə Nazirliyinin bir neçə vəzifəli şəxsinin adı hallanır.


Geri dön