Ana Sayfa > Karusel / Siyasət / Qarabağ > Paşinyan Ermənistan üçün ağır olan sənədə imza atdığını etiraf edib
Paşinyan Ermənistan üçün ağır olan sənədə imza atdığını etiraf edib10-11-2020, 02:03. Yazar: Admin |
Nikol Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibənin dayandırılması sənədinə imza atdığını bildirib. Qarabaginfo.az xəbər verir ki, bu barədə o özünün "facebook"dakı səhifəsində yazıb. “Əziz həmvətənlər, bacılar və qardaşlar. Şəxsən özüm və hamımız üçün çox çətin bir qərar verdim. Saat 01:00-dan etibarən Rusiya və Azərbaycan Prezidentləri ilə Qarabağ müharibəsinə son qoymaq üçün bir bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni mənim üçün və xalqımız üçün inanılmaz dərəcədə ağrılıdır”, - deyə o qeyd edib. "Report" Geri dön |