Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji Sazişinə düzəliş Protokolu təsdiqlənib

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji Sazişinə düzəliş Protokolu təsdiqlənib


9-12-2024, 13:56. Yazar: Admin

Prezident İlham Əliyev

 

2024-cü il sentyabrın 3-də Buxarest şəhərində imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə düzəliş Protokolu” təsdiq edilib.

Qarabaginfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan, Rumıniya və Macarıstan Hökumətlərinə bildiriş göndərməlidir.


Geri dön