Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Əsəd ailəsi ilə Rusiyadadır
Ana Sayfa > Karusel / Dünya > Əsəd ailəsi ilə Rusiyadadır

Əsəd ailəsi ilə Rusiyadadır


9-12-2024, 08:12. Yazar: Admin

Əsəd ailəsi ilə Rusiyadadır

Rusiya Bəşər Əsədə sığınacaq verib.

qarabaginfo.az xəbər verir ki, bu barədə TASS Kremldəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Əsəd ailəsi ilə birlikdə Moskvaya gəlib.

Kremldəki mənbənin sözlərinə görə, Rusiya humanitar nöqteyi nəzərdən çıxış edərək Əsəd və ailəsinə sığınacaq verib.

“Rusiya BMT-nin himayəsi altında danışıqları bərpa etmək zərurətindən çıxış edərək Suriya böhranının həlli üçün siyasi həll yolunun axtarışını həmişə dəstəkləyib. Rusiya rəsmiləri Suriyadakı Rusiya hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verən silahlı Suriya müxalifətinin liderləri ilə əlaqə saxlayır. Ümid edirik ki, Suriya xalqının maraqları və Rusiya ilə Suriya arasında ikitərəfli münasibətlərin inkişafı naminə siyasi dialoqu davam etdirəcəyik”, - deyə mənbə vurğulayıb.


Geri dön