Ana Sayfa > Karusel / Manşet > Məhəmməd Əmin “casusluğa görə” edama məhkum edildi

Məhəmməd Əmin “casusluğa görə” edama məhkum edildi


7-12-2024, 15:05. Yazar: Admin

Hazırda Tehranın Evin həbsxanasında saxlanılan 26 yaşlı Məhəmməd Əmin Məhdəvi Şayistə "İsrailə casusluq" ittihamı ilə edam qərarı çıxatılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, edam qərarı Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi tərəfindən verilib.

İnsan haqları təşkilatları Məhəmməd Əmindən işgəncə altında məcburi etiraf alındığını və onun İsraillə əməkdaşlığını sübut edən heç bir faktın olmadığını bildiriblər.

 


Geri dön