Ana Sayfa > Karusel / Sosial > Axşam leysan yağacaq
Axşam leysan yağacaq7-12-2024, 10:43. Yazar: Admin |
Dekabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, dekabrın 7-si saat 10:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb. Düşən yağıntının miqdarı 3 mm-dək olub. Hazırda Bakıda və Abşeron yarımadasında yağıntıda fasilə yaranıb. Lakin bu gün, axşam saatlarından ayın 9-u axşamadək yenidən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçib. Geri dön |