Ana Sayfa > Karusel / Dünya > Rusiya səfirliyi rusları təcili Suriyanı tərk etməyə çağırdı

Rusiya səfirliyi rusları təcili Suriyanı tərk etməyə çağırdı


6-12-2024, 17:03. Yazar: Admin

Rusiyanın Suriyadakı səfirliyi rusları Suriyanı təcili tərk etməyə çağırıb.

Qarabaginfo.az bildirir ki, bu barədə diplomatlar nümayəndəliyin rəsmi Telegram kanalında yazıblar.

“Suriyadakı ağır hərbi-siyasi vəziyyətlə əlaqədar Rusiyanın Dəməşqdəki səfirliyi Suriya Ərəb Respublikasında yaşayan Rusiya vətəndaşlarına mövcud hava limanları vasitəsilə kommersiya reysləri ilə ölkəni tərk etməyə çağırır”.

Səfirlik və konsulluq şöbəsi adi rejimdə fəaliyyətini davam etdirir.


Geri dön