Ana Sayfa > Karusel / Dünya > Putin Kurskun qubernatoru vəzifəsinin müvəqqəti icraçısı olaraq Aleksandr Xinşteyni təyin edib

Putin Kurskun qubernatoru vəzifəsinin müvəqqəti icraçısı olaraq Aleksandr Xinşteyni təyin edib


6-12-2024, 08:15. Yazar: Admin

Rusiyalı deputat Aleksadnr Xinşteyn

 

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının "Yedinaya Rossiya" partiyasından olan deputat Aleksandr Xinşteyni Kremldə qəbul edib.

Qarabaginfo.az xəbər verir ki, qəbul çərçivəsində Putin Xinşteynə Kursk vilayətinin qubernatoru vəzifəsini təklif edib və bildirib ki, Kursk vilayətində böhranın idarə olunması tələb olunur.

Prezidentin fərmanı ilə Kursk vilayətinin qubernatoru vəzifəsinin müvəqqəti icrası Xinşteynə tapşırılıb.

Qeyd edək ki, Ukrayna ilə sərhəddə yerləşən Kursk vilayətinin bir hissəsi bu ilin avqust ayında Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçib.


Geri dön