Ana Sayfa > Karusel / Dünya > Tbilisidə etirazçılar parlament binasını pirotexniki vasitələrlə atəşə tutublar
Tbilisidə etirazçılar parlament binasını pirotexniki vasitələrlə atəşə tutublar6-12-2024, 08:12. Yazar: Admin |
Tbilisidə hökumət əleyhinə keçirilən aksiyanın iştirakçıları parlament binasını pirotexniki vasitələrlə atəşə tutublar. Qarabaginfo.az xəbər verir ki,, bu barədə “IMEDİ” telekanalı məlumat yayıb. Bildirilib ki, aksiya gecə boyu sakit davam edib. Heç bir insident qeydə alınmasa da, bir qrup naməlum gənc qəfildən əraziyə pirotexniki vasitələr gətirib və parlamentə atəş açmağa başlayıb. Parlamentdə və ətrafda səfərbər olan polis hadisəyə reaksiya verməyib. Hazırda qanunverici orqanın qarşısında vəziyyət stabildir. Geri dön |