Ana Sayfa > Karusel / Dünya > Malta Zaxarovanın vizasını ləğv edib, Lavrov bunu ATƏT sədrinə qarşı təhqir adlandırıb
Malta Zaxarovanın vizasını ləğv edib, Lavrov bunu ATƏT sədrinə qarşı təhqir adlandırıb5-12-2024, 15:32. Yazar: Admin |
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova üçün Malta vizasının ləğvi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədrinin funksiyalarına qarşı təhqirdir Qarabaginfo.az xəbər verir ki, bunu Maltada ATƏT Xarici İşlər Nazirləri Şurasında çıxışı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “Buna son nümunələrdən biri kimi bu yaxınlarda Təhlükəsizlik Əməkdaşlığı Forumunda Danimarka sədrliyinin hamılıqla razılaşdırılmış prosedur qaydalarına qarşı hədsiz istehza edilməsini göstərmək olar. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin bugünkü iclasda iştirak vizasının ləğv edilməsi də ATƏT sədrinin funksiyalarına qarşı təhqirdir”, - deyə Rusiya XİN başçısı bildirib. Qeyd edək ki, dekabrın 4-də Lavrovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti Moskvadan Valletaya yola düşməzdən dərhal əvvəl Rusiya Xarici İşlər Nazirliyinə məlumat verilib ki, Malta Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarovaya artıq verilmiş vizanı ləğv edib. Rəsmi Valleta “bizdən asılı olmayan səbəblərə görə” ifadəsi ilə Zaxarovanın vizasını ləğv edib. Geri dön |