Ana Sayfa > Karusel / Gündəm > Evdən çıxan koronavirus xəstəsinə xəbərdarlıq edildi

Evdən çıxan koronavirus xəstəsinə xəbərdarlıq edildi


9-11-2020, 16:19. Yazar: Admin

 

Evdən çıxan koronavirus xəstəsinə xəbərdarlıq edildi

 

Bakı şəhər sakini Azad Bağırova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ona ev şəraitində müalicə təyin edilib.

Daxili İşlər Nazirliyinin(DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk etmiş və digər insanlar üçün real təhlükə yaratmışdır.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan Azad Bağırovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib. Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.


Geri dön