Ana Sayfa > Karusel / Dünya > İsrail Qəzzada girovlarla bağlı razılaşmanın mümkünlüyünü açıqlayıb
İsrail Qəzzada girovlarla bağlı razılaşmanın mümkünlüyünü açıqlayıb5-12-2024, 08:16. Yazar: Admin |
İsrail Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı sazişin bağlanmasına ciddi yanaşır, bu, yaxın gələcəkdə baş verə bilər. Qarabaginfo.az xəbər verir ki, bunu Maltada ATƏT Nazirlər Şurasının iclası ərəfəsində Aİ diplomatiyasının yeni rəhbəri Kaya Kallas ilə görüşdə İsrailin xarici işlər naziri Gideon Saar deyib. İsrailin xarici işlər nazirliyinin mətbuat xidməti tərəfindən yayılan məlumatda nazirin "Ola bilsin ki, indi girovların azad edilməsi ilə bağlı saziş bağlamaq imkanı var" dediyi bildirilir. Məlumatda həmçinin Saarın Kallas və Avropa İttifaqından bu məsələdə dəstək istədiyi qeyd olunub. Geri dön |