Ana Sayfa > Karusel / Dünya > Tramp məhkəmədən seçkilərə müdaxilə iddiasının rədd edilməsini istəyib
Tramp məhkəmədən seçkilərə müdaxilə iddiasının rədd edilməsini istəyib5-12-2024, 08:12. Yazar: Admin |
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın vəkili Stiv Sadou çərşənbə günü Corciya apellyasiya məhkəməsində müttəhimin prezident toxunulmazlığını əsas gətirərək 2020-ci ildə keçirilən prezident seçkilərinə müdaxilə ilə bağlı işin rədd edilməsi barədə vəsatət qaldırıb. Qarabaginfo.az xəbər verir ki, sənəddə Trampınn 2024-cü ilin noyabrın 5-də yenidən seçilərək prezident olduğu və 2025-ci ilin yanvar ayının 20-də ABŞ-nin 47-ci prezidenti kimi andiçmə mərasimi keçiriləcəyi qeyd olunur. Daha sonra məlum olduğu kimi faktiki prezidentin həm federal, həm də ştat səviyyəsində istənilən ittihamdan və hər hansı təqibdən tam qorunduğu bildirilərək 2020-ci ildə keçirilən prezident seçkilərinə müdaxilə ilə bağlı işin rədd edilməsi barədə vəsatət qaldırıb. Geri dön |