Ana Sayfa > Karusel / Sosial > Sabahın hava proqnozu
Sabahın hava proqnozu9-11-2020, 15:28. Yazar: Admin |
Noyabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə yağış yağacağı, zəif duman olacağı ehtimalı var. Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a bildirilib ki, şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 15-17, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış, duman olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 15-18, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoz: Noyabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Geri dön |