Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 40%-ə yaxın artıb
Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 40%-ə yaxın artıbDünən, 12:48. Yazar: Admin |
2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 393 milyon 832 min ABŞ dolları təşkil edib. Qarabaginfo.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 38.7% və ya 109 milyon 832 min ABŞ dolları artıb. Hesabat dövründə Azərbaycandan Qazaxıstana ixrac 23.2% artaraq 107 milyon 747 min dollara, Qazaxıstandan Azərbaycana ixrac isə 45.6% artaraq 286 milyon dollara bərabər olub. Bu dövrdə Azərbaycandan Qazaxıstana əsasən meyvə-tərəvəz (kartof, alma, armud, ərik, meşə fındığı, albalı, çiyələk, xurma və sair) konyak, ilkin formalı propilen sopolimerləri, nasos-kompressor boruları, minik avtomobilləri və başqa məhsullar ixrac edilib. Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi, ölkənin ümumi ticarət dövriyyəsinin 1%-nə bərabər olub. Xatırladaq ki, cari ilin on ayında Azərbaycanın ticarət dövriyyəsi 39 milyard 378.7 milyon ABŞ dolları, qeyri-neft ixracı isə 2 milyard 807.5 milyon ABŞ dolları təşkil edib. Geri dön |