“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə Ermənistan arasında münasibətlərin formatı rəsmi İrəvanın öz qərarıdır. Bizim Ermənistan qarşısındakı bütün öhdəliklərimiz qüvvəsində qalır”.
Qarabaginfo.az xəbər verir ki, bunu təşkilatın xətti ilə keçirilən videokonfransda KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bildirib:
“Bizim müttəfiqimiz olan Ermənistanın qarşısındakı öhdəliklərimiz dəyişməz olaraq qalır. Rəsmi İrəvan istədiyi vaxt təşkilatın fəaliyyətində hərtərəfli iştirakını davam etdirə bilər”.