Ana Sayfa > Karusel / Dünya > Britaniya quş qripi pandemiyasına hazırlaşır –5 milyon doza peyvənd alıb

Britaniya quş qripi pandemiyasına hazırlaşır –5 milyon doza peyvənd alıb


Dünən, 01:41. Yazar: Admin

Böyük Britaniya hökuməti quş qripi ilə bağlı potensial pandemiyaya qarşı mübarizə məqsədilə 5 milyon dozadan çox quş qripi peyvəndi alıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, bu addım virusun quşlar arasında yayılmasının artması fonunda atılıb. Hazırda virusun insandan insana ötürülməsinə dair heç bir sübut yoxdur və peyvənd yalnız virus insanlar arasında yayıldığı təqdirdə istifadə üçün nəzərdə tutulub.

Oksford Universitetinin Oksford Peyvənd Qrupunun direktoru Endryu Pollard bildirib ki, qripin yeni bir ştamının ortaya çıxması pandemiya təhlükələri siyahısında birinci yerdə qalır və buna görə də H5 kimi potensial riskli qrip növlərinə qarşı davamlılığın təmin edilməsi gələcək pandemiya və epidemiyaya hazırlıq üçün vacibdir.


Geri dön