Ana Sayfa > Karusel / Dünya > Von der Leyenlə Slovakiya Baş naziri arasında telefon danışığı olub

Von der Leyenlə Slovakiya Baş naziri arasında telefon danışığı olub


Dünən, 16:57. Yazar: Admin

Slovakiyanın Baş naziri Robert Fitso - Avropa Komissiyasının prezidenti Ursula von der Leyen

 

Avropa Komissiyası (AK) qurumun prezidenti Ursula von der Leyen ilə Slovakiyanın Baş naziri Robert Fitso arasında telefon danışığına dair məlumatları təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, söhbət zamanı Fitso AK rəhbərinə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Kiyevə səfərində söylədiyi fikirlərə görə irad bildirib.

Avrokomissiyanın nümayəndəsi Paula Pinio həqiqətən də həmin telefon söhbətinin baş tutduğunu bildirsə də, təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, tərəflər arasında baş tutan söhbət barədə “Denik N” portalının yaydığı məlumatda Kallasın Avropa İttifaqının Rusiya-Ukrayna müharibəsində sonuncunun qələbəsini istədiyi barədə fikirlər söylədiyi iddia edilib.(Apa)


Geri dön